Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLAR

20:26 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” Futbol Klubun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.

Hafta.az xəbər verir ki, səfər çərçivəsində baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Qurban Qurbanov ziyarət zamanı “Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Qeyd edək ki, Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.

Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLARQurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLAR